Prezident ve xanimi Nerimanov rayonunda yeni salinan parkda

Prezident ve xanimi Nerimanov rayonunda yeni salinan parkda
15:34 29 Dekabr 2014
466 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrin 29-da prezidenti Ilham Eliyev ve xanimi Mehriban Eliyeva Bakinin Nerimanov rayonunun Koroglu Rehimov kucesinde yeni salinan istirahet parkinda yaradilan seraitle tanis olublar. Lent.az-in melumatina gore, Nerimanov Rayon Icra Hakimiyyetinin bascisi Abdin Ferzeliyev parkin tikintisi ile bagli dovlet bascisina melumat verib.

Prezident Ilham Eliyevin tapsiriq ve tovsiyelerine uygun olaraq ehalinin istirahetini temin etmek ve abadliq-yasilliq islerinin aparilmasi meqsedile Nerimanov rayonu Koroglu Rehimov kucesi 3a unvaninda hazirda son tamamlama isleri aparilan 7 mertebeli yasayis binasinin qarsisindaki erazide yeni istirahet parki salinib. Birinci merhelede akademik Hesen Eliyev, Elovset Ebdulrehimov ve Koroglu Rehimov unvanlarindaki istismar muddeti basa catmis yasayis binalarinin sakinleri muasir tipli yeni binalara kocurulubler. Sokulen binalarin yerinde ise parkin birinci hissesi salinaraq sakinlerin istifadesine verilib. Layihenin ikinci merhelesinde Feteli xan Xoyski ve Koroglu Rehimov kucelerinde yerlesen 2 yasayis binasinin sakinleri Ataturk prospektinde yeni insa olunan binalara kocurulubler. K. Rehimov kucesi 3a unvaninda yeni tikilen yasayis binasinin qarsisinda sakinlerin istiraheti ve asude vaxtlarinin semereli teskili ucun 3 hektardan artiq erazide ikinci park salinib. Yeni salinan parkda sakinlerin menali istiraheti ve asude vaxtlarinin semereli teskili ucun her cur serait var. Burada gorulen isler olkede heyata kecirilen sosial-iqtisadi inkisaf strategiyasinin terkib hissesi olmaqla paytaxtimizin daha da gozellesmesine xidmet edir. Bu, bir daha tesdiq edir ki, Bakida aparilan quruculuq isleri cercivesinde park ve xiyabanlarin salinmasi diqqetden kenarda qalmir.

Parkda abadliq-quruculuq isleri yuksek zovqle heyata kecirilib, genis yasilliq tedbirleri gorulub. Parkin salinmasi zamani milli memarliq uslubu ile muasirlik tam uzlasdirilib, istirahet mekani orijinal elementler ve formalarla zenginlesdirilib. Parkin erazisinde muxtelif fevvareler qurasdirilib. Bu da istirahet mekanina elave gozellik verir.

Dovletimizin bascisinin tapsirigi ile Baki seherinde parklarin ve xiyabanlarin esasli sekilde yeniden qurulmasi ve yeni parklarin salinmasi, sakinlerin ve seherimizin qonaqlarinin rahatligi ucun muasir istirahet guselerinin yaradilmasi istiqametinde son illerde paytaxtda ardicil tedbirler davam etdirilir. Yeni parklarin ve yasilliq zolaqlarinin salinmasi, ehaliye xidmet gosteren muasir infrastrukturun yaradilmasi Bakinin dunyanin en gozel seherlerinden birine cevrilmesi istiqametinde heyata kecirilen ehemiyyetli tedbirlerdendir. Nerimanov rayonu erazisinde yeni salinan bu park da Baki seherinin simasinin daha da gozellesmesi ve paytaxt sakinlerinin istiraheti baximindan olduqca ehemiyyetlidir.

Parkin altinda ikimertebeli avtomobil dayanacagi da insa edilib. Yeralti dayanacaga enmek ucun iki lift ve muasir eskalatorlar qurasdirilib.

Dovletimizin bascisi ve xanimi burada yaradilan seraitle de tanis oldular. 650 avtomobil tutumuna malik yeralti dayanacaq “Safe Life” sirketi terefinden en muasir texniki avadanliqla techiz olunub. 24 saat aciq olacaq yeralti avtomobil dayanacaginda tehlukesizlik sistemlerinden olan su ile avtomatik sondurme, unvanli yangin siqnalizasiya, havalandirma ve tustusovurma, yangin seslendirme ve texliyenin idare olunmasi, videonezaret, park naviqasiya, park odeme sistemleri ve istiqamet lovheleri qurulub. Bu sistemlerde dunyanin qabaqcil sirketlerinin en keyfiyyetli avadanligindan istifade olunub. Yeralti avtomobil dayanacagina, texniki ve xidmeti otaqlara vizual nezaret etmek ucun videonezaret sisteminden istifade edilib. Sistem sayesinde dayanacaq erazisine ve giris-cixisa tam nezaret etmek, insan gozunden yayina bilecek veziyyetlere bele diqqet yetirmek mumkun olacaq. Yeralti dayanacaqda avtomobillerin tehlukesizliyi en yuksek seviyyede nezere alinib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR