Bakıdan ABŞ-a sərt cavab

Bakıdan ABŞ-a sərt cavab
15:36 29 Dekabr 2014
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib.

O bildirib ki, belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəkisidir:

"Görünür ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, Twitterdə yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur".

Novruz Məmmədov bildirib ki, cənab Baer qərəzli fikirləri ilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR