Türkiyə Fəthullah Gülənin ekstradiyası üçün ABŞ-a müraciət edəcək

Türkiyə Fəthullah Gülənin ekstradiyası üçün ABŞ-a müraciət edəcək
15:38 29 Dekabr 2014
70 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin ekstradiyası ilə bağlı bu ölkəyə rəsmi müraciət edəcək. Bu barədə bazar ertəsi Trend "Haber7" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, İstanbul məhkəməsi dekabrın 29-da ABŞ-dan F. Gülənin həbs edilməsi barədə qərarı yerinə yetirməyi tələb edib.

2014-cü il dekabrın 19-da İstanbul məhkəməsi terror təşkilatı yaratmaqda və Türkiyəyə qarşı casusluqda günahlandırılan F.Gülənin həbs edilməsi barədə qərar çıxarıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR