Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur

15:42 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:39 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, Vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

 

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda, mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Əgər indi mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda mühərrikin həcminin hər sm³-ə görə 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunurdusa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq. Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib. Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək. İndi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər  üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.        

                                                                                                                    

                                                   

 

Vergitutma obyektinin adı

 

                  

                  Aksizin  dərəcəsi

             

                İndi

 

 

 Dəyişiklikdən sonra

 Minik avtomobilləri:

-mühərrikin həcmi 2000 sm³-dək olduqda

 

Mühərrikin həcminin hər sm³-nə görə - 0,15 manat

 

Mühərrikin həcminin hər sm³-nə görə - 0,20 manat

-mühərrikin həcmi 3000 sm³-dək olduqda

300 manat + mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1 manat

 

400 manat+mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1,5 manat

 

-mühərrikin həcmi 4000 sm³-dək olduqda

1300 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 2 manat

 

1900 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 4 manat

 

-mühərrikin həcmi 5000 sm³-dən çox olduqda

 

 

5900 manat+ mühərrikin həcminin 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə - 8 manat

 

-mühərrikin həcmi 5000 sm³-dən çox olduqda

 

 

13900 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə - 10 manat

 

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər sm³-ə görə - 1 manat

Mühərrikin həcminin hər sm³-ə görə - 3 manat

 

Qeyd: Qalın şriftlə qeyd olunanlar əlavə olunmuş bəndləri və artımın məbləğini göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR