“Aqua Park Novxanı”da keçirilən “Yeni il şənliyi” şousuna tanınmış aparıcı Nanə Ağamalıyeva da gedib. Lent.az-ın məlumatına görə, yanvarın 5-nə qədər baş tutacaq şənliyə hər gün şou-biznesin tanınmış simaları qatılır. Məşhur aparıcı şouya qatılaraq, şaxta baba ilə şəkil çəkdirərək, onun hədiyyəsini qazanıb. "Santa Klaus"un şousuna gələn şəxsləri diskoteka, müsabiqələr, sürprizlər və yeni il hədiyyələri gözləyir.
Qeyd edək ki, "Santa Klausun evi" şousu yanvarın 5-nə qədər saat 10:00-dan 20:00-a qədər davam edəcək. "Santa Klausun evi" şousuna qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və "AF otel"dən əldə edə bilər. Biletin qiyməti 15 manatdır (1 yaşa qədər uşaqlar üçün pulsuz).
Əlaqə nömrələri: (012) 441-24-01
(050) 868-22-65
Qeyd edək ki, şounun informasiya dəstəkçisi Lent.az-dır.