Moskva boşalır

Moskva boşalır
15:56 29 Dekabr 2014
83 Dünya
Ölkə mətbuatı
A- A+

Xarici əmək miqrantlarının Rusiyadan vətənə kütləvi qayıdışı ölkədəki iqtisadi vəziyyətlə əlaqədar deyil, yaxınlaşan yeni il bayramı ilə bağlıdır. Bunu Rusiya Federasiyasının Sosial siyasət komitəsinin üzvü Merqen Oorjak deyib.

ANS PRESS-in TASS-a istinadən verdiyi məlumata görə, o bildirib ki, miqrantlar ümumi əmək bazarının əsas hissəsidir. Burada əsas yeri mövsümü xarakter daşıyan iqtisadiyyatın tikinti və kənd təsərrüfatı sektorları təşkil edir və bu, mövsümi xarakter daşıyır. Miqrantların əksəriyyəti Yeni ili ailələri ilə qarşılamaq istəyirlər və buna görə müvəqqəti olaraq Rusiyadan gedirlər. Bu, hər il olur.

Onun fikrincə, miqrantların bayramdan sonra Rusiyaya qayıdacaqları şübhə doğurmur.

M.Oorjak rublun məzənnədən düşməsi ilə bağlı vurğulayıb ki, rublun kursu Özbəkistanın, Tacikistanın və Qırğızıstanın milli məzənnələrinə güclü təsir edir. Buna görə Rusiya xarici əmək miqrasiyası üçün öz maliyyə cazibədarlığını praktik olaraq itirmir. Buna görə, 2015-ci ilin birinci rübünün sonuna kimi əmək miqrasiyası bazarında vəziyyətin düzələcəyini gözləmək lazımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR