"Barselona" azarkeşləri "El Klasiko" öncəsi sevinə bilər

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç noyabrın 21-də "Real"la oynanılacaq "El Klasiko"ya yetişmək üçün xüsusi proqram üzrə məşqlərini davam etdirir.

Xorvat futbolçu noyabr ayının əvvəlində zədə almışdı. AS-ın məlumatına görə, o, bir neçə gündür ki, həkimlərin nəzarəti altında məşq edir. Katalon klubu yarımmüdafiəçini "El Klasiko"ya yetişdirmək üçün əlindən gələni edir. Bir risk mövcuddur: bərpa tempi çox sürətlənsə, zədə, əksinə, daha da ağırlaşa bilər. Həkimlər xüsusilə də bu məsələyə ciddi yanaşırlar.

Sport.es-in xəbərinə görə, Rakitiç gələn həftə ümumi komanda ilə məşqlərə başlayacaq. İspan nəşri xorvatiyalının "El Klasiko"da oynayacağını iddia edir.

Qeyd edəki ki, noyabrın 21-də keçiriləcək "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR