"Rosatom"un nümayəndə heyəti Azərbaycana səfər edib

17:32 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, "Rosatom" nümayəndə heyəti Milli Nüvə Tədqiqatları Mərkəzinin infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti həmçinin rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən qəbul edilib.
Nümayəndə heyətinin rəhbəri, professor M.A.Litvinov "Rosatom" Korporasiyasının "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı" döş nişanını MNTM-in sədri, akademik Adil Qəribova təqdim edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/rosatom-un-numayende-heyeti-azerbaycana-sefer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR