Sevimli əkiz bacılar Sevil və Sevinc doğum günlərində özlərinə nə hədiyyə etdilər? - FOTO

11 noyabr tarixində Azərbaycan estradasının parlaq ulduzları olan Sevil və Sevincin 25 yaşı tamam olur. Sevimli əkizlər bu gözəl təqvim günündə pərəstişkarlarına yeni mahnılarını təqdim ediblər.

Metbuat.az xəbər verir ki, sözləri Xədicə xanım, musiqisi Ramal İsrafilova məxsus olan "Həyat" mahnısını qızlar bəstəkarla birlikdə oxuyublar.

Həyatın sınaqlarından bəhs edən mahnını Xəzər TV-də aparıcısı olduqları "Hər şey daxil" verilişində eksklüziv səsləndirən bacıları, şou-biznesin tanınmış simaları, birgə çalışdıqlar prodüser Mr.Tolik, sevilən müğənnilər Elton Hüseynəliyev və Könül Kərimova canlı yayımda təbrik ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR