İranda İŞİD-ə qoşulmaq istəyən 20 terrorçu tutulub

İranda İŞİD-ə qoşulmaq istəyən 20 terrorçu tutulub
17:43 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 11 noyabr, AZƏRTAC 
İran İslam Respublikasının İraqla sərhəddində 20 terrorçu tutulub. Terrorçular İŞİD qruplaşmasına qoşulmaq üçün qanunsuz yolla sərhədi keçməyə çalışıblar.
Bu barədə İranın təhlükəsizlik naziri Məhəmməd Əlavi Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib. O qeyd edib ki, ölkənin Gülüstan, Sistan, Bəlucistan və Mazandaran əyalətlərində keçirilən xüsusi əməlyyatlar nəticəsində daha 10 terrorçu yaxalanıb.
Nazir qeyd edib ki, Xuzistan əyalətində saxlanılan 14 terrorçu isə İranın müxtəlif şəhərlərində terror aktları törətmək istəyib.
Xatırladaq ki, İran terrorçuların ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə sərhədlərinin möhkəmləndirilməsi tədbirlərini həyata keçirir.
Rabil Kətənov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iranda_ISID_e_qosulmaq_isteyen_20_terrorchu_tutulub-901077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR