"Onu düz edib AYB-dən qovublar" - Kəramətin atası

"Onu düz edib AYB-dən qovublar" - Kəramətin atası
17:52 11 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Oğlum Kəramət Böyükçölün Azərbaycan Yazıçılar Birliyindən qovulması ilə bağlı qərarı düzgün hesab edirəm

Bunu aznews.az-a açıqlamasında K.Böyükçölün atası, AYB-nin Uşaq Poeziyasının rəhbəri Qəşəm Nəcəfzadə deyib.

O bildirib ki, K.Böyükçölün bütün hərəkətləri Yazıçılar Birliyinə qarşı köklənib:

"Kəramətin bütün yazıları, hərəkətləri Yazıçılar Birliyinin nizamnaməsinə zidd idi. Əla ediblər. Bu qərar yerində verilib".

Q.Nəcəfzadə deyib ki, mən ona cavabdeh deyiləm: "Birliyin üzvü oldu, ya olmadı, mən həmişə o cür yazıların əleyhinə olmuşam. Həmişə də özünə demişəm ki, get romanını yaz. Amma eşitmədi, bildiyini etdi. Mən onu oğlum kimi çox istəyirəm, yazıçı kimi isə ona cavabdeh deyiləm".

Xatırladaq ki, gənc yazıçı Kəramət Böyükçül bu gün Azərbaycan Yazıçılar Birliyindən qovulub. Buna səbəb onun yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibəti, çağdaş yazıçılarımıza atmacaları, öz yaşıdı yazarlara qarşı aşağılayıcı münasibət sərgiləməsi olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR