Latviyada Laçplesis Günü

Latviyada Laçplesis Günü
17:53 11 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Latviyada dövlət bayramı, bu ölkənin azadlığı uğrunda həlak olmuş qəhrəmanların xatirə günü - Laçplesis Günü qeyd olunur. 1919-ci ilin müvafiq günündə gənc Latviya dövlətinin silahlı qüvvələri müstəqillik uğrunda döyüşərək, Almaniya qoşunlarının Riqaya hücumlarını dəf ediblər. Bu hadisə ilə əlaqədar Laçplesis döyüş orden təsis edilib. 1920-ci il noyabrın 18-də ordenin nizamnaməsi və onun “Latviya uğrunda” devizi qəbul olunub.
Riqada hər il Laçplesis Günündə hərbi parad, nümayiş, qardaş məzarlığıında və polkovnik Oskar Kalpaksın abidəsi önündə güllərin düzülməsi kimi bir sıra xatirə tədbirləri keçirilir. Bayram tədbirlərində dövlətin əsas simaları, Riqa Dumasının və Milli Silahlı Qüvvələrin rəhbərliyi, ölkədə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycan səfirliyinin müşaviri Gəray Muradov iştirak edirlər.
Laçplesis Gününün tədbirləri Domsk kilsəsində ibadətlə başlanıb.
Latviya Prezidenti Raymonds Veyonis Laçplesis Gününə həsr edilmiş hərbi paradı Azadlıq abidəsi önündə qəbul edəcək və nitq söyləyəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Latviyada_Lachplesis_Gunu-901083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR