Millimizin qonağı olacaq Moldova yığmasının heyəti açıqlanıb

Millimizin qonağı olacaq Moldova yığmasının heyəti açıqlanıb
18:08 11 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - İlya Çebanu ("Mordoviya", Rusiya), Artyom Qaydukeviç ("Daçiya"), Aleksey Koşelev ("Şerif"), müdafiəçilər - İqor Armaş ("Kuban", Rusiya), Viktor Qolovatenko ("Sibir", Rusiya), Katalin Karp ("Styaua", Rumıniya), Vitali Bordian ("Helios", Ukrayna), Ştefan Burqiu, İon Jardan (hər ikisi "Zimbru"), Semyon Bulqaru ("Daçiya"), Maksim Potarniçe ("Şerif"), yarımmüdafiəçilər - Aleksandr Dedov ("Tarqu-Mureş", Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi – "Milsami"), Yevgeni Koçuk ("Daçiya"), Aleksandr Vremea ("Zimbru"), Aleksandr Onika ("Zarya"), hücumçular - Vladimir Ambros ("Petrokub") və Sergey İstrati ("Saksan") yer alıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR