"Bavariya"nın futbolçuları Aryen Robben və Robert Levandovski məşqdə mübahisə edib.
Goal.az xəbər verir ki, polyak futbolçu Robbeni "eqoist" adlandırıb. Məşqdən sonra Levandovski şərh verməkdən boyun qaçırıb.
"Oyunçunun hərdən əsəbləşməsində problem görmürəm. Mənim özümün karyeram ərzində neçə dəfə belə vəziyyətə düşdüyümü yaxşı bilirsiz" - "Bavariya"nın idman direktoru Mattias Zammer deyib.
Milli.Az