Azərbaycanda 9 yaşlı qız özünü kondisionerdən asdı

Azərbaycanda 9 yaşlı qız özünü kondisionerdən asdı
18:16 11 Noyabr 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda azyaşlı intihar edib. 9 yaşlı qız özünü asıb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındaki kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Oktyabr ayının 2-də də Bakıda azyaşlı intihar edib. Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınan özünü asma hadisəsi zamanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR