Azərbaycanın Dövlət Bayrağı Günü Əmmanda da qeyd edilib

18:28 11 Noyabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Əmman, 11 noyabr, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə Əmmanda Dövlət Bayrağı Günü qeyd edilib. Bu münasibətlə səfirlikdə keçirilən tədbirdə İordaniyada yaşayan soydaşlarımız, İordaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri iştirak ediblər.
Səfir Sabir Ağabəyov tədbirdə çıxış edərək bu bayramın tarixindən danışıb. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs rəmzlərdən birinə çevrildiyini qeyd edib. Səfir bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini bildirib. O, bu günün təkcə ölkə daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımız üçün bir bayram olduğunu vurğulayıb. Dövlət bayrağının ölkəmizin dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalandığını, mühüm beynəlxalq tədbirlərdə, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirdiyini diqqətə çatdırıb.
Tədbir milli musiqilərimizin sədaları altinda davam edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Dovlet_Bayragi_Gunu_Ammanda_da_qeyd_edilib-901104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR