Evlənənlərin sayı xeyli azalıb

Evlənənlərin sayı xeyli azalıb
18:32 11 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin 9 ayı ilə müqayisədə 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda qeydə alınan nikahların sayı 18 faiz azalıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin (VVAQ) rəisi Reyhanə Kərimova məlumat verib.

Belə ki, Xidmət rəisinin sözlərinə görə, 2014-cü ilin ilk 9 ayı ərzində 62509 nikah bağlanmışdısa, 2015-ci ilin müvafiq dövründə cəmi 51069 nikah aktı qeydə alınıb.

R.Kərimova onun səlahiyyətlərinə aid olmadığından ölkədə ailə quranların sayının azalması səbəbləri ilə bağlı hər hansı şərh verməyib. 

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR