"Coca-Cola" alanlar avtomobil udmaq şansını qazanacaqlar

"Coca-Cola" alanlar avtomobil udmaq şansını qazanacaqlar
18:33 11 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
"Azerbaijan Coca-Cola Bottlers" şirkəti Yeni İl bayramı ərəfəsində yeni kampaniyaya start verir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, gələn ilin yanvarın 6-dək 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alanlar avtomobil udmaq şansını qazanacaq. "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak edə bilər. Hər həftənin çərşənbə günü keçiriləcək lotereyada "Volkswagen Polo" avtomobili oynanılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotCoca_Cola_quot_alanlar_avtomobil_udmaq_sansini_qazanacaqlar-901109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR