Benzema Fransa radiosunu məhkəməyə verəcək

Benzema Fransa radiosunu məhkəməyə verəcək
18:37 11 Noyabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın hücumçusu Kərim Benzema Fransanın "Europe 1" radiosunu məhkəməyə verməyə hazırlaşır.

O, özünə qarşı istifadə edilə biləcək telefon danışqlarının radiostansiya tərəfindən yayımlanmasından narazıdır.

Goal.az xəbər verir ki, Benzemanın vəkili Silvyen Korme bunu təsdiqləyib.

"Telefon danışığının ən pis fraqmentləri ictimailəşdirilib. Bizlə oynamaq lazım deyil. Elan edirik ki, məhkəmə prosesinin gizliliyi pozulduğu üçün şikayət edəcəyik" - Korme bildirib.

Qeyd edək ki, ötən həftə Matye Valbuenanı intim məzmunlu video ilə şantaj edərək 150 min avro tələb etməkdə təqsirləndirilən Benzema Versalda polis məntəqəsinə aparılmışdı. Haqqında məhkəmə işi başladılan futbolçuya işin digər iştirakçıları ilə əlaqə saxlamamaq barədə göstəriş verilmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR