x
Loading...

Alibaba şirkəti 10 saatda 8 milyard dollarlıq satış edib

Alibaba şirkəti 10 saatda 8 milyard dollarlıq satış edib
18:58 11 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 11 noyabr, AZƏRTAC
Çinin Alibaba kompaniyası ölkədə noyabrın 11-də qeyd olunan “Yalnız insanlar günü”ndə (Subaylar günü) 10 saat ərzində 8 milyard dollarlıq mal satıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Çində “Yalnız insanlar günü” ABŞ-da kompaniyaların böyük güzəştlə mal satdıqları “Kiber bazar ertəsi günü”nün analoqudur.
Bu, elektron kommersiya bazarı üçün hələlik rekord göstəricidir. Belə ki, satışlar hər il daha da yüksəlir. Kompaniya 2014-cü ilin analoji dövrü ərzində cəmi 5,8 milyard dollarlıq mal satışına nail olmuşdu.
Günün göstəriciləri isə durmadan artmaqda davam edir və ilk 12 saat ərzində satış həcmi 9 milyard dollara çatıb. Kompaniyanın icraçı direktoru Daniel Cjanqın sözlərinə görə, bu gün “bütün dünya Çinin istehlakçı bumuna şahid olacaq”.
Müqayisə üçün qeyd edək ki, “ComScore Inc” tədqiqat kompaniyasının məlumatına əsasən 2014-cü ildə ABŞ-da “Şükranlıq günü” ilə “Kiber bazar ertəsi günü” arasında olan 5 gün ərzində online-satışların həcmi 6,56 milyard dollar təşkil etmişdi.
Analitiklər 2015-ci ildə “Yalnız insanlar günü”ndə Alibaba kompaniyasının satışlarının 13 milyard dollar olacağını gözləyirdilər. İndi isə bu rəqəmlərin gözlənilənləri xeyli üstələyəcəyi məlum olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alibaba_sirketi_10_saatda_8_milyard_dollarliq_satis_edib-901129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR