Bakı ilə Nyu-York arasında “Boeing-787-8” Dreamliner təyyarələri uçur

Bakı ilə Nyu-York arasında “Boeing-787-8” Dreamliner təyyarələri uçur
18:58 11 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, Laçın Sultanova, AZƏRTAC
Bakı-Nyu-York-Bakı aviareysinin sərnişinləri Amerikanın “Boeing” şirkəti tərəfindən istehsal edilən avialaynerlərin son modeli olan “Boeing-787-8” Dreamliner təyyarələri ilə uçmağa başlayıblar. Bu ilin sentyabr ayından etibarən “Azərbaycan Hava Yolları” (AZAL) qapalı səhmdar cəmiyyəti tərəfindən Bakı ilə Nyu-York arasında həyata keçirilən müntəzəm reyslər indiyə qədər “Airbus A-340” təyyarələrindən istifadə olunurdu.
Ən müasir hava gəmilərindən biri olan genişfüzelyajlı “Boeing-787-8” Dreamliner avialayneri 210 sərnişin tutur. 15 saat yerə enmədən uçmağı bacaran təyyarə 15700 kilometr məsafəni birbaşa qət edə bilir.
“Boeing-787-8” Dreamliner avialaynerinin Bakıdan Nyu-Yorka birinci reysini yola salmaq üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Karter Vilbur başda olmaqla səfirliyin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlmişdilər. Bu yenilik münasibətilə AZAL-ı təbrik edən diplomat qeyd edib ki, “Boeing-787-8” Dreamliner ən müasir və təhlükəsizlik baxımından ən etibarlı avialaynerdir. O deyib: “Boing Dreamlayner təyyarəsi ilə Bakıdan Nyu-Yorka birbaşa uçuş ABŞ-la Azərbaycan arasında ticari və iqtisadi əlaqələrin təqdirəlayiq nümunəsidir. Birbaşa uçuş həm Azərbaycan hökumətinin prioritet sahələrindən biri olan turizmin inkişafı, həm də ümumiyyətlə iqtisadiyyatın şaxələndirilməsi üçün imkanlar yaradır”.
“Boeing-787-8” Dreamliner təyyarəsi ilə Bakıdan Nyu-Yorka uçan ilk sərnişinlər arasında amerikalı jurnalist, Montana Universitetinin professoru Tomas Holts da vardı. Bu birbaşa reysin həyata keçirilməsini fantastika, ağlasığmaz hadisə adlandıran professor Azərbaycana gəldiyi ilk illəri xatırlayaraq həmin illəri Azərbaycanın inkişafının müasir dövrü ilə müqayisə edib. Tomas Holts o vaxt Azərbaycan haqqında yazdığı informasiyanın çatdırılması ilə bağlı çətinlikləri yada salaraq deyib: “Bakıya ilk dəfə 1991-ci ildə, İstanbuldan keçərək gəlmişdim. Həmin illərdə çox çətinliklərlə üzləşdim. Axı o vaxt Bakıya tez-tez gəlirdim, geri qayıdanda isə bilet almaq çətin idi, burada xaos hökm sürürdü. O vaxtdan 25 il keçib. İndi çox böyük fərq görürük – birbaşa reyslər həyata keçirilir, özü də bu cür müasir təyyarələrlə. Bu, sadəcə fantastikadır. O vaxt informasiyanı göndərmək üçün saatlarla teletaypa növbə gözləyirdim. İndi isə bütün bunlar bir neçə saniyə ərzində edilir, indi İnternet var, qitələr arasında mobil rabitə var. Bütün bunlar xalqları, ölkələri yaxınlaşdırır”.
“Boeing-787-8” Dreamliner təyyarəsi ilə Bakıdan Nyu-Yorka uçan ilk reysin sərnişinləri arasında Azərbaycan və ABŞ vətəndaşları ilə yanaşı, İsrail, Gürcüstan, İran və digər ölkələri təmsil edən sərnişinlər də az deyildi.
Onlardan biri - əslən Gürcüstandan olan, son 23 ildə ABŞ-da, Nyu-Yorkda yaşayan Mari Nikoley Bakını Nyu-Yorkla müqayisə edərək deyib: “May ayında ərimlə bərabər Bakıya, yubileyə gəlmişdik. Azərbaycan bizə o qədər xoş təsir bağışladı ki, mən yenidən buraya gəldim. Bakı çox gözəl şəhərdir. Burada keçən əsrlərdən qalmış arxitektura nümunələri sayılan evlər və müasir çoxmərtəbəli binalar bir-birini gözəl tamamlayır. Nyu-Yorkda olduğu kimi, burada da həyat qaynayır”. Öz tarixi vətəni Gürcüstanla daim əlaqə saxlayan Mari Nikoley deyib: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Keçən əsrin 90-cı illərinin əvvəlindəki çətin günlər yaxşı yadımdadır. O vaxt Gürcüstanda nə işıq vardı, nə də qaz. Gürcüstana kömək edən yeganə ölkə Azərbaycan oldu. Bakı-Nyu-York birbaşa reysinin açılması bizi - bu marşrutdan tranzit kimi istifadə edən sərnişinləri də sevindirir.
“Boeing-787-8” Dreamliner təyyarəsi Azərbaycanın müxtəlif KİV-lərini təmsil edən bir qrup jurnalisti də Nyu-Yorka çatdırdı. Jurnalistlər biznes-klass salonunda uçurdular. Burada fərdi monitorlarla təchiz edilmiş çox rahat kreslolar var. Xidmət sistemi və təklif edilən menyu yüksək səviyyədə idi. Şəxsən mən düz 12 saat təyyarədə olduğumu demək olar ki, hiss etmədim, çünki adətən təyyarə havaya qalxarkən və yerə enərkən adamın qulağı batır, burada isə elə hisslər keçirmədik. Səhər saat 8-də Bakıdan havaya qalxan avialayner 11 saat 50 dəqiqədən sonra Nyu-Yorkdakı Con Kennedi aeroportunda yerə endi. Təyyarəni AZAL-ın Nyu-Yorkdakı nümayəndələri qarşıladılar.
AZAL şirkətinin təşkil etdiyi press-tura cəlb edilmiş jurnalistləri Nyu-Yorkun mərkəzində, bu şəhərin Mərkəzi Parkı ilə üzbəüz yerləşən gözəl və qədim “Park Lane Hotel” mehmanxanasında yerləşdirdilər. Manhetten adasında yerləşən parkın uzunluğu təqribən 4 kilometr, eni 800 metrə yaxın, ümumi sahəsi 3,41 kvadrat kilometrə bərabərdir. Parka hər il təqribən 25 milyon insan gəlir. Bir sıra filmlərdə və televiziya şoularında göstərilməsi bu parkı bütün dünyada məşhurlaşdırıb. Zahirən çox təbii görünməsinə baxmayaraq, buradakı landşaftların demək olar ki, hamısı insan əli ilə yaradılıb. Parkda müxtəlif idman yarışları üçün istifadə edilən bir neçə süni göl, çoxlu xiyaban, iki buz meydançası, vəhşi təbiət guşələri, çəmənliklər, habelə uşaq oyun meydançaları və zoopark yerləşir. Park quş həvəskarları arasında çox populyardır, çünki buraya çoxlu köçəri quşlar gəlir. Parkı əhatə edən 10 kilometrlik yoldan çox vaxt qaçışla məşğul olan idmançılar, velosipedçilər və diyircəkli konki həvəskarları istifadə edirlər. İstirahət günlərində və axşam saat 7-dən sonra burada qələbəlik olur, çünki o vaxt həmin yolda avtomobillərin hərəkəti qadağan edilib. Mərkəzi parkı çox vaxt Manhettenin yaşıl ciyərləri adlandırırlar. Bizim mehmanxana parkın yaxınlığında yerləşdiyinə görə, səhər yeməyindən əvvəl orada gəzişir, parkın təbii sakinlərinə, xüsusən dələlərə tamaşa edirdik. Dələlərə əl ilə toxunanlar, onları yedizdirənlər də olur.
ABŞ-ın maliyyə və mədəni həyatının paytaxtı sayılan Nyu-Yorka ekskursiya zamanı jurnalistlər Manhettenin mərkəzi hissəsində: Tayms-skver, Brodvey, 5-ci avenyu, Rokfeller mərkəzi ilə tanış oldular, əfsanəvi Empayr-Steyt-Bildinq və 2001-ci il sentyabrın 11-də dağıdılmış Dünya Ticarət Mərkəzinin ərazisində tikilmiş yeni “One World Trade Center - Freedom Tower” göydələnini, 11 sentyabr faciəsinin qurbanlarının xatirə memorialını gördülər. Azərbaycanlı jurnalistlər şəhərin maliyyə mərkəzində Nyu-York Fond Birjasının binası ilə tanış oldular, məşhur Uoll-Strit küçəsində gəzdilər, sonra Betteri parkda oldular, oradan möhtəşəm Azadlıq Heykəlinə tamaşa etdilər. Ekskursiya müddətində jurnalistlərə BMT-nin, Metropoliten Muzeyinin, Linkoln Mərkəzinin, Metropoliten Operanın binalarını da göstərdilər.
Beləliklə, Bakı-Nyu-York-Bakı müntəzəm reysi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri həyata keçirilir. Ən son texniki nailiyyətləri özündə cəmləşdirən bu layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan verir. Təyyarədə ən müasir texnologiyaların tətbiq edilməsi sayəsində onun istismarı sərfəli və qənaətlidir. Burada sərnişinlər üçün rahat şərait yaradılıb. Layner həm texniki, həm də istismar parametrlərinə görə başqa hava gəmilərindən fərqlənir. Analoji laynerlərlə müqayisədə çəkisinin az olmasına baxmayaraq, uçuş məsafəsi və yükgötürmə qabiliyyəti başqa təyyarələrdə olduğundan yüksək, yanacaq sərfi isə 20 faiz azdır. MDB məkanında və bəzi Şərq ölkələri arasında ilk dəfə belə hava layneri alan Azərbaycan olub. Hazırda AZAL şirkətinin aviaparkında iki “Boeing-787-8” Dreamliner təyyarəsi var.
Bu reysə biletləri həm AZAL-ın kassalarından almaq, həm də şirkətin www.azal.az  saytında qabaqcadan sifariş vermək mümkündür. Reys çərçivəsində bonus proqramından istifadə etmək olan. Həmin proqram barədə daha ətraflı məlumat almaq üçün bu linkə müraciət edə bilərsiniz: http://www.azal.az/ru/azal-miles .









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52