"Valbuena Benzema ilə düşmən deyil"

"Valbuena Benzema ilə düşmən deyil"
19:05 11 Noyabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Matye Valbuenanın agenti Didye Domat futbolçunun həmyerlisi Kərim Benzemaya qarşı düşmən mövqedə olmadığını bildirib.

Goal.az xəbər verir ki, Domat məlum şantaj məsələsində adı hallanan Benzema ilə düşmənçilik etmədiklərini söyləyib.

"Matye Benzemaya münasibətdə heç vaxt düşmən mövqeyində durmayıb. Mətbuatda gördüyünə əhəmiyyət verməmək çox çətindir. Əlbəttə, indi Kərimə nisbət verilən sözlər həqiqətdirsə, onlar dost qala bilməzlər".
Qeyd edək ki, Fransa mətbuatında Benzemanın şantajla bağlı başqa şəxslə telefon danışığını əks etdirən fraqmentlər yayımlanmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR