Gənc Tamaşaçılar Teatrı məktəblilərə vəd verdi - FOTOSESSİYA

Gənc Tamaşaçılar Teatrı məktəblilərə vəd verdi - FOTOSESSİYA
19:05 11 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər il olduğu kimi bu il də məktəblilərin tətil günlərində bir-birindən maraqlı tamaşalarla onların görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, payız tətili ərəfəsində və tətil günlərində teatr orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələrinə geniş yer verib.
Belə ki, noyabr ayının 11-dən - 22-dək teatrda hər gün olmaqla məktəblilər üçün "Hekayəti xırs quldurbasan" (M.F.Axundzadə), "Dəcəl keçi" (P.Nurəliyeva), "Çəkməli pişik" (Ş.Perro), "Çirkin ördək balası" (H.K.Andersen), "Qoğalın nağılı" (Xalq nağılı), "Biri vardı, biri yox" (Ə.Ol), "Qaraca qız" (S.S.Axundov, A.Şaiq), "Danışan gəlincik" (A.Şaiq), "Balaca və damda yaşayan Karlson" (A.Lindqren) tamaşalarını təqdim edəcək.

Teatr, eyni zamanda, ali məktəb tələbələrini və axşam tamaşalarının daimi tamaşaçılarını da yaddan çıxarmayacaq.

Axşam tamaşaçıları bu ərəfədə "Ağ ölüm" (V.Siqarev), "Hasarın o üzü" (Ə.Əmirli), "Romeo və Culyetta" (U.Şekspir), "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) kimi maraqlı tamaşaları seyr edə biləcəklər.

Maraqlı səhnə tərtibatı və geyimləri, peşəkar rejissor yozumu və aktyor ifası ilə seçilən Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi tamaşalara bütün məktəbliləri, azyaşlı və axşam tamaşalarının həvəskarlarını gözləyirik.

Milli.Az















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/381680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR