Məktəblilərin "Olimpiya hərəkatı" başladı - VİDEO - FOTO

Məktəblilərin "Olimpiya hərəkatı" başladı - VİDEO - FOTO
19:22 11 Noyabr 2015
96 İdman
Ölkə mətbuatı
A- A+

"Olimpiya hərəkatı" layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyinin seçim yarışlarına start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri tərəfindən təşkil edilən və "Coca-Cola" şirkəti tərəfindən maliyyələşən birinciliyin proqramına velosiped, basketbol (3x3), badminton və yüngül atletika idman növləri daxildir.

Proqrama əsasən, əvvəlcə məktəbdaxili yarışlar həyata keçirilməli, daha sonra rayonlar arasında ən güclülər müəyyənləşməlidir. Gələn ilin yanvarında keçirilməsi planlaşdırılan final mərhələsində isə Bakı şəhəri üzrə ən güclü komandaların adları məlum olacaq.

Məktəbdaxili seçim yarışları çərçivəsində artıq Binəqədi rayonu 126 saylı və Xətai rayonu 260 saylı məktəblərdə daxili yarışlar təşkil edilib. Noyabrın 12-13-də Nizami və Nəsimi rayonlarının müvafiq olaraq 251 və 54 saylı orta məktəblərində seçim prosesi aparılacaq. Noyabrın 16-dan etibarən isə rayon çempionatlarına start veriləcək.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR