Portuqaliya parlamenti hökuməti istefaya göndərib

Portuqaliya parlamenti hökuməti istefaya göndərib
19:23 11 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Lissabon, 11 noyabr, AZƏRTAC
Portuqaliya parlamenti iki gün davam edən müzakirələrdən sonra cəmi 11 gün əvvəl qurulmuş sağ-mərkəzçi hökuməti istefaya göndərib. Parlamentdə çoxluq əldə etmiş sol siyasi təşkilatların birgə səyi nəticəsində Pedro Pasuş Koelyonun rəhbərlik etdiyi hökumətin planı qəbul edilməyib.
Səsvermədən sonra Koelyo bildirib ki, müxalifətin bu addımı səhvdir. Sosialist Partiyasının baş katibi Antonio Koşta isə deyib ki, ilk dəfə hökuməti sosialistlərin, kommunistlərin, “yaşıllar”ın və sol blokun qurmaq imkanı var.
İndi yeni hökumətin taleyi Portuqaliya Prezidentindən asılıdır. O, bu günlərdə qərar verməlidir. Prezident Anibal Kavaku Silva ya hökumətin qurulmasını Antonio Koştaya həvalə edəcək, ya da texokratlardan ibarət hökumətin qurulması qərarını verəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Portuqaliya_parlamenti_hokumeti_istefaya_gonderib-901146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR