"Trabzonspor" klubu baş məşqçisi ilə yollarını ayırıb

"Trabzonspor" klubu baş məşqçisi ilə yollarını ayırıb
19:27 11 Noyabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Şota Arveladze istefaya göndərilib. "Report"un məlumatına görə, tərəflər qarşılıqlı anlaşma əsasında yollarını ayırıblar. 
Gürcüstanlı mütəxəssisə müqavilənin pozulması qarşılığında 200 min avro təzminat ödəniləcək. 5-6 dekabrda keçiriləcək konqresədək komandaya Sadi Tekelioğlu rəhbərlik edəcək. 
Qeyd edək ki, Şota Arveladze mövsümün əvvəllərində "Trabzonspor"a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda Türkiyə Super Liqasında 11 oyundan 4 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə 12-ci pillədə qərarlaşıb. Avropa Liqasında isə klub III təsnifat mərhələsində Makedoniyanın "Rabotniçki" klubuna yenilərək (0:1, 1:1) mübarizəni dayandırıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/trabzonspor-klubu-bas-mesqcisi-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR