Lənkəranlı idmançılar Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

Lənkəranlı idmançılar Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər
19:28 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının taekvondoçuları Rusiya Federasiyasının Tolyatti şəhərində oğlanlar və qızlar arasında “Məğlubedilməz güc” devizi ilə keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının komandası beynəlxalq turnirə yeniyetmə və gənclərdən ibarət hər yaş qrupunda 5 idmançı ilə qatılıb. Komandanın tərkibinə müxtəlif ölkə miqyaslı yarışlarda dəfələrlə fərqlənmiş idmançılar cəlb olunublar.
Üç yaş qrupunda beş gün davam edən və 600-dən çox idmançının qatıdığı turnirdə lənkəranlı idmançılar yeniyetmə və gənclər arasında bir qızıl və bir gümüş medal qazanıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_idmanchilar_Rusiyada_kechirilen_beynelxalq_turnirde_ugurla_chixis_edibler-901150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR