Azərbaycanda elektron ticarət bazarının həcmi 10 milyon manatı ötüb

Azərbaycanda elektron ticarət bazarının həcmi 10 milyon manatı ötüb
19:28 11 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
Ötən 10 ayda iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 841,6 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 milyon manat olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR