Rusiyalı alimlər Elm Tarixi İnstitutunda təcrübələrini bölüşəcəklər

Rusiyalı alimlər Elm Tarixi İnstitutunda təcrübələrini bölüşəcəklər
19:38 11 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun direktoru, REA-nın müxbir üzvü Yuri Baturinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ETİ-nin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli yeni yaranan elm müəssisəsinə müxtəlif sahələrdən peşəkar kadrların cəlb olunması istiqamətində işlərin davam etdirildiyini söyləyib. Qeyd olunub ki, institut fəaliyyətinə akademiyanın və yer elmləri tarixinin araşdırılmasından başlayıb.
Y.Baturin rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyət istiqamətlərindən danışıb. O, AMEA haqqında müxtəlif arxiv məlumatlarının toplanılmasının və sənədləşdirilməsinin, onlardan ETİ-nin gələcək fəaliyyətində istifadə edilməsinin vacibliyini vurğulayıb.
Rusiyalı qonaq hər iki institut arasında əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Təbiət və Texnika Tarixi İnstitutunun əməkdaşlarının ETİ-də müxtəlif sahələr üzrə seminarlarda iştirak etməklə təcrübələrini bölüşə biləcəklərini deyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyali_alimler_Elm_Tarixi_Institutunda_tecrubelerini_bolusecekler-901154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR