İspaniya hökuməti Kataloniya parlamentinin qərarından Konstitusiya Məhkəməsinə şikayət edib

İspaniya hökuməti Kataloniya parlamentinin qərarından Konstitusiya Məhkəməsinə şikayət edib
19:43 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 11 noyabr, AZƏRTAC 
İspaniya hökuməti ölkənin Konstitusiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək Kataloniya parlamentinin müstəqilliklə bağlı qəbul etdiyi sənədin ləğv olunmasını istəyib. Bundan başqa, hökumət Konstitusiya Məhkəməsinin verəcəyi qərara əməl edilməyəcəyi təqdirdə Kataloniya vilayətinin rəhbəri və parlamenti sədrinin vəzifədən kənarlaşdırılmasını tələb edib.
Baş nazir Mariano Raxoy bir daha Kataloniya parlamentində qəbul edilmiş sənədin qanunsuz olduğunu bəyan edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR