Azərbaycanlı model beynəlxalq yarışda titul qazandı (FOTO)

Azərbaycanlı model beynəlxalq yarışda titul qazandı (FOTO)
19:56 11 Noyabr 2015
62 Şou
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikasında keçirilən gözəllik yarışmasındə həmyerlimiz “Miss Press Princess” mükafatına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, gözəllik yarışmasındə Azərbaycanı 19 yaşlı Emiliya Sultan təmsil edib. "Miss Tourisim Queen İnternational" müsabiqəsində dünyanın 70 ölkəsindən qızlar iştirak ediblər. Ölkəmiz ilk dəfə bu müsabiqədə iştirak edib. Müsabiqənin qalibi hollandiyalı Nathalie YM olub. Azərbaycanı təmsil edən Emiliya Sultan “Miss Press Princess” mükafatına laiq görüüb.

Modelimiz beynəlxalq müsabiqədə milli geyim gecəsində modelyer Gülnarə Xəlilovanın kolleksiyasından olan milli geyimlə çıxış edib.


"Miss Tourisim Queen İnternational" müsabiqəsi


Emiliya Sultan

Emilya Sultan “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin iştirakçısı olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR