MDB-nin mənzil-qərargahında “ART EXPO” beynəlxalq sərginin əsasnamə layihəsi razılaşdırılıb

MDB-nin mənzil-qərargahında “ART EXPO” beynəlxalq sərginin əsasnamə layihəsi razılaşdırılıb
19:58 11 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 11 noyabr, AZƏRTAC 
Noyabrın 10–11-də Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində “ART EXPO” beynəlxalq sərginin əsasnamə layihəsinin tamamlanması üzrə ekspert qrupunun iclası keçirilib.
Təşkilatın mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspertlər MDB-yə üzv dövlətlərin qeydlərini və təkliflərini nəzərə alaraq layihəni tamamlayıb və razılaşdırıblar.
“ART EXPO” beynəlxalq sərgisi MDB-yə üzv dövlətlərin mədəniyyət və incəsənət sahələrində əldə etdikləri nailiyyətlərə baxışdır və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
“ART EXPO” MDB-yə üzv olmayan dövlətlərə bu beynəlxalq sərgidə iştirak etməyə imkan verir. Bu, humanitar sahədə kompleks tədbirdir və MDB-yə üzv dövlətlərin mühüm nailiyyətlərinin, hadisələrinin, müxtəlif layihələrinin və mədəni tədbirlərinin (kino, teatr, musiqi, təsviri sənət, xalq yaradıcılığı, mətbu və elektron məhsullar və digər sahələrdə) təqdimatı məqsədilə keçirilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MDB_nin_menzil_qerargahinda_ART_EXPO_beynelxalq_serginin_esasname_layihesi_razilasdirilib-901168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR