Azərbaycan “Vikinq”in genişlənmə planlarında nəzərdə tutulur

Azərbaycan “Vikinq”in genişlənmə planlarında nəzərdə tutulur
20:28 11 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Vilnüs, 11 noyabr, AZƏRTAC
Azərbaycanın dəmiryollarının “Vikinq” layihəsinə qoşulması Litvaya Qazaxıstan və Çindən daha çox yük gətirməyə imkan verəcək.
Bu fikri Litvanın yollar nazirinin müavini Saulyus Qirdauskas səsləndirib. Onun sözlərinə görə, bu planları “Vikinq” konteyner qatarı iştirakçılarının Tbilisidə keçirilən iclasında müzakirə etmək planlaşdırılır. Noyabrın 11-də başlanan iclas iki gün davam edəcək.
AZƏRTAC ELTA agentliyinə istinadla xəbər verir ki, Litva Yollar Nazirliyi “Vikinq” konteyner qatarı layihəsinə qoşulmaq barədə rəsmi dəvətnaməni sentyabr ayının sonunda Azərbaycanın Nəqliyyat Nazirliyinə göndərib.
Bakı-Tbilisi-Qars yeni dəmiryolu magistralından da istifadə etmək planlaşdırılır. Konteynerlər bu marşrut üzrə Türkiyədən Ukrayna limanlarına çatdırıla bilər.
Litva, Belarus və Ukraynanın “Vikinq” birgə layihəsi 2003-cü ildən etibarən həyata keçirilir. 2012-ci ilin dekabr ayında layihəyə Bolqarıstanın dəmiryolları qoşulub, 2013-cü ilin fevralında Rumıniyanın dəmiryolları ilə əməkdaşlıq barədə memorandum imzalanıb.
2013-cü ilin aprelində Litva və Türkiyənin Nəqliyyat nazirlikləri layihənin Türkiyədən quru və dəniz yolu ilə genişləndirilməsi barədə memorandum imzalayıblar. Türkiyədən ilk sınaq reysi 2014-cü ilin yayında olub.
2015-ci ilin aprelində layihəyə Gürcüstan qoşulub. Hazırda İsveç və Finlandiyadan qatarın sınaq reyslər təşkil edilir.
“Vikinq” layihəsi həyata keçirilməyə başlanandan daşınılan yüklərin miqdarı 103 TEU-dan (şərti konteyner vahidi) 2014-cü ildə 29 min 752 TEU-ya çatıb.
Nigar Cəfərli
AZIRTAC-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Vikinqin_genislenme_planlarinda_nezerde_tutulur-901185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR