Taekvondoçularımız beynəlxalq turnirdə qalib gəldilər - FOTO

Taekvondoçularımız beynəlxalq turnirdə qalib gəldilər - FOTO
20:37 11 Noyabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, yarışda ölkəmizi "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının yetirmələri təmsil edib. Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan 600-ə yaxın taekvondoçunun qatıldığı yarışda "Təhsil" RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək I yerə çıxıb.

Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final görüşündə Rusiya idmançısına məğlub olaraq, II yerə layiq görülüb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR