“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu”  mövzusunda konfrans keçirilib

“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu”  mövzusunda konfrans keçirilib
20:48 11 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Tələbələr Birliyi (ATB) Konstitusiyanın 20 illik yubileyi münasibətilə noyabrın 11-də “Azərbaycan dövlətçilik tarixində Konstitusiyanın rolu” mövzusunda konfrans təşkil edib.
ATB-dən AZƏRTAC-a bildiriblər ki, hüquqşünas tələbələrin, gənc elmi işçilərin və QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalardan bəhs olunub. Həmçinin müstəqil Azərbaycanın Əsas Qanununda insan hüquq və azadlıqlarına geniş yer verilməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu qeyd edilib.
ATB-nin sədri Elvin Aslanov Konstitusiyanın öyrənilməsi ilə bağlı gənclər arasında fəal iş aparılmasının əhəmiyyətini diqqətə çatdırıb. Sonda Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_dovletchilik_tarixinde_konstitusiyanin_rolu_movzusunda_konfrans_kechirilib-901191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR