Fransalı nazirin telefon danışıqları dinlənilib

Fransalı nazirin telefon danışıqları dinlənilib
21:09 11 Noyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə növbəti “casus qalmaqalı” baş qaldırır.

 

APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti yazıb.

 

Məlumata əsasən, Almaniya xüsusi xidmət orqanları Fransa xarici işlər naziri Loran Fabius və prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin telefon danışıqlarını dinləyib.

 

“Əgər doğrudan da belədirsə, bu çox təəssüfedici haldır. Biz bu məsələni Almaniya nümayəndələri ilə müzakirə edəcəyik”, deyə L.Fabius bildirib. 

 

Qeyd edək ki, bu ilin iyununda ABŞ Milli Təhlükəsizliyi Agentliyi tərəfindən 2006-2012-ci illərdə Fransa prezidentləri Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefonlarının dinlənilməsi  məlum olmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR