Azərbaycan Konstitusiyası - mükəmməl qanunlar toplusu

Azərbaycan Konstitusiyası - mükəmməl qanunlar toplusu
21:33 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 12 noyabr - Konstitusiya Günü münasibətilə “dəyirmi masa” keçirilib.
AMİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Konstitusiyamızın mükəmməl qanunlar toplusu olduğunu vurğulayan rektor əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Sonra AMİ-nin kafedra müdiri, dosent Bilal Həsənlinin “Konstitusiyada təhsil”, ictimai fənlər kafedrasının müəllimləri Ramil Rüstəmovun “Beynəlxalq hüquq anlayışı və onun siyasi əsasları”, Tohid Məmmədovun “Azərbaycan Konstitusiyasının yaranma tarixi” mövzularında məruzələri dinlənilib. Vurğulanıb ki, Konstitusiyada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi mütərəqqi haldır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlayır.
Tələbələr “Azərbaycan Konstitusiyasında vətəndaş hüquqları”, “Dünya konstitusiyasında gender siyasəti” mövzularında çıxış edib, milli Konstitusiyamızın qəbulundan sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunduğunu vurğulayıblar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Konstitusiyasi___mukemmel_qanunlar_toplusu-901204

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR