Britaniya Avropanı təhdid etdi

Britaniya Avropanı təhdid etdi
21:41 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın baş naziri Deyvid Kemeron Avropa İttifaqına (Aİ) öz təlimatlarını göndərərək əsaslı islahatlar tələb edib.

ANS PRESS-in məlumatına görə, o, bununla bağlı Avropa Şurasının sədri Donald Tuska məktub da göndərib. Məktubda Kemeron Aİ üçün edilə biləcək islahatlardan danışıb.

Donald Tusk isə öz tvitter hesabında məktubu aldığını təsdiqləyib və növbəti həftədən Kemeronun təklifləri ilə bağlı danışıqlara başlayacağını deyib.

"İsmarıcı aldığımı təsdiqləyirəm. Deyvid Kemeronun məktubunu alan kimi biz danışıqları başlaya bilərik. Gələn həftədən mən Aİ və Avropa Parlamentinin üzvü olan ölkələrlə ikitərəfl müzakirələri keçirəcəm", - deyə Tusk bildirib.


Donald Tusk - Avropa Şurasının sədri
Foto: AP


Danışıqların necə nəticələnəcəyi bilinməsə də, görünən odur ki, Deyvid Kemeronun təşəbbüsü inqilabi təşəbbüsdür və bu səbəbdən müzakirələr kifayət qədər gərgin olacaq. Çünki Britaniyanın baş nazirinin təklifini qısaca olaraq "Aİ üzvləri nə qədər az olarsa, problemlər də bir o qədər az olacaq" kimi şərh etmək olar.

Kemeronun öz sözləri də bunu göstərir. "Britaniyanı Avropa ölkələri ilə daha sıx əlaqələr qurmaq öhdəliklərindən azad edən aydın və hüquqi bir sənəd olmalıdır", - deyən Britaniya rəsmisi ölkəsi üçün daha böyük sərbəstliklər istəyib.

O, ölkəsinin sərhədlərini miqrantların üzünə bağlamaqla Britaniya pullarını qeyri-avropa ölkələri ilə paylaşmaqdan da boyun qaçırır.

Eyni zamanda Kemeron Londondakı çıxışında vahid Avropa valyutası ölkələrinin maraqlarına uymaq istəmədiyini də bildirib. "Heç bir biznes şirkəti üçün valyuta prinsipinə görə ayrı-seçkilik olmamalıdır. Avrozonaya daxil olmayan ölkələrin vergi ödəyiciləri avronun valyuta kimi xilas edilməsi əməliyyatlarında iştirak etməməlidirlər", - deyə o bildirib.



Baş nazirin sözlərinə görə, avrozona üçün əsas maliyyə tənzimləyicisi Aİ olduğu halda, Britaniya üçün bu tənzimləyici qurum İngiltərə Bankı olmalıdır. Bununla yanaşı Kemeron Avropa İttifaqı vahid bazarının qorunub saxlanmasının vacibliyini, ABŞ, Çin və Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

Onun fikrincə, Avropa İttifaqı kapital, məhsul və xidmətlərin sərbəst hərəkətininin təmin edilməsinə daha çox diqqət ayırmalıdır. "Aİ yeni qaydaların axınını zəiflədərək daha çox iş görə bilər. Çünki hazırki tənzimləmənin təzyiqi çox yüksəkdir. Ona görə, Böyük Britaniya istərdi ki, Aİ biznesə təzyiqin azaldılmasını qarşısına məsəd qoysun", - deyə Kemeron Aİ-ni bir növ təlimatlandırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Böyük Britaniyada iki günlük səfərdə olub. Səfər zamanı o, ölkənin baş naziri Deyvid Kemeron, şahzadə və bir sıra Britaniya iş adamları ilə görüşüb.


Deyvid Kemeron (mərkəzdə, sağda) və Nursultan Nazarbayevin (mərkəzdə, solda) London görüşü. 3 noyabr, 2015
Foto: AP


Bundan sonra Britaniyanın baş naziri Deyvid Kemeron daha sərt danışaraq Britaniyanın qoyduğu şərtlər təmin edilməzsə, ölkəsinin ittifaqı tərk edəcəyini bildirib. "Əgər biz belə razılıq əldə edə bilməsək, Britaniyanın təklifləri eşidilməzsə, ki, mən buna inanmıram, biz ölkəmizin Aİ-yə qoşulmağının düzgün olub-olmadığını bir daha düşünməli olacağıq", - deyən baş nazir ölkəsinin Avropa İttifaqı olmadan da "yaşaya" biləcəyini vurğulayıb.

"Bəziləri ölkənin Aİ xaricində mövcud ola biləcəyinə şübhə edirlər. Britaniya, əlbəttə, bacarar. Böyük Britaniya inanılmaz güclü maliyyə sektoru ilə dünyanın 5-ci ən güclü iqtisadiyyatıdır", - deyə Kemeron bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR