Yuri Romenski: Azərbaycan hər zaman qəlbimdədir!

Yuri Romenski: Azərbaycan hər zaman qəlbimdədir!
22:33 11 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 11 noyabr, AZƏRTAC 
Sovet futbolunun ən tanınmış qapıçılarından biri olan Yuri Romenski Azərbaycan idman məktəbinin yetirməsidir. O, doğulduğu Mingəçevir şəhərini, uşaq vaxtı oynadığı “Ulduzcuq” həyət komandasını, onunla birlikdə 1967-ci ildə “Dəri top” ümumittifaq turnirinin gümüş medalını qazandığını tez-tez xatırlayır. Onun ilk məşqçisi Baba Xanlar oğlu Mustafayevdir. O vaxt Yurinin oyunda hücumçu olmaqdan xoşu gəlsə də, onu qapıya məhz Baba Mustafayev “təyin” edib.
Romenski Mingəçevirin “Toxucu” komandasında oynayıb. 1971-c ildə isə “Neftçi” komandasının məşqçisi Ələkbər Məmmədov gənc qapıçını öz komandasına dəvət edib.
Y.Romenski parlaq futbol həyatı yaşayıb. O, “Neftçi”, “Çernomorets”, Kiyevin “Dinamo” komandalarının üzvü olub, ittifaq çempionatının iki qızıl medalını qazanıb, Sovet İttifaqı yığmasının tərkibində beş matç oynayıb. Y.Romenski məşqçi kimi Ukrayna milli yığmasında, Kiyev “Dinamo”sunda və Odessanın “Çernomorets” komandasında işləyib.
O, həmişə Azərbaycan haqqında həyəcanla danışır, onu öz Vətəni adlandırır. Yeri gəlmişkən, Romenski Azərbaycan dilində mükəmməl danışır. İmkan olanda Azərbaycan mətbuatını oxuyur, Azərbaycanın televiziya kanallarına baxır.
Y.Romenski AZƏRTAC-a müsahibəsində deyib: “Bu füsunkar ölkə və onu gözəl insanları hər zaman qəlbimdədir. Məni həmişə bu yer özünə çəkir və azacıq imkan olan kimi Xəzərin sahillərinə gedirəm. Kiyev “Dinamo”sunu veteranları ilə birlikdə Bakıda oldum, hörmətli və müdrik rəhbər, ümummilli lider Heydər Əliyevin 80 illiyinə həsr edilən matçda iştirak etdim.
Doğma diyara hər dəfə gələndə bütün sahələrdə baş verən heyrətamiz dəyişikliklərə şad oluram. Möhtəşəm tikinti həyata keçirilir, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət inkişaf edir. Azərbaycan ən qüdrətli müasir Avropa dövlətinə çevrilir. Bu, ilk növbədə Prezident İlham Əliyevin ölkəyə uğurla rəhbərlik etməsi sayəsində mümkün olmuşdur.
Əlbəttə ki, bu il Bakıda keçirilən ilk Avropa Oyunlarından danışmaya bilmərəm. Bu uğuru bütün dünya qeyd etdi! Belə güclü təşkilatçılıq rəhbərliyin yorulmadan millətin sağlamlığının qayğısına qaldığı ölkədə ola bilər. İdman kompleksləri təkcə paytaxtda tikilməyib. Bütün regionlarda, şəhərlərdə, yaşayış məntəqələrində yeni stadionlar, idman zalları, hovuzlar inşa edilir. Futbola olan həssas münasibəti xüsusilə qeyd etmək istəyirəm. Ölkədə uşaq akademiyaları, ixtisaslaşdırılmış məktəblər fəaliyyət göstərir. Azərbaycanın futbol liqası isə artıq güclü strukturdur. Azərbaycan klublarının və milli yığmasının Avropada tutarlı sözünü düyəcəyi vaxt isə uzaqda deyil.
- Siz yəqin Azərbaycandakı siyasi hadisələrlə də maraqlanırsınız?
– Təbii ki. Bu yaxınlarda Milli Məclisə keçirilən seçkiləri izlədim. Bilirəm ki, seçkilər demokratik keçdi, şəffaflığı ilə fərqləndi, dünyanın bir çox ölkələrindən nüfuzlu siyasətçilərin müsbət qiymətini aldı.
Qeyd etmək lazımdır ki, Azərbaycanın bəxti rəhbərlər baxımından gətirib. Qüdrətli təşkilatçı, millətin böyük lideri Heydər Əliyevdən estafeti onun oğlu, müasir baxışlı siyasətçi İlham Əliyev öz vaxtında qəbul etdi. Ölkədə baş verən heyrətamiz dəyişikliklər bunu bir daha təsdiqləyir.
Fürsətdən istifadə edib, mənə əziz olan Azərbaycana, onun şanlı xalqına firavanlıq və xoş günlər arzu edirəm!
- Müsahibə və xoş sözlər üçün çox sağ olun.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuri_Romenski_Azerbaycan_her_zaman_qelbimdedir-901206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR