İspaniya kinoteatrlarında “Ronaldu” filminin nümayişinə başlanılıb

İspaniya kinoteatrlarında “Ronaldu” filminin nümayişinə başlanılıb
23:23 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 12 noyabr, AZƏRTAC
Müasir dövrün ən istedadlı futbolçularından sayılan, Portuqaliya millisi və “Real” Madrid klubunun oyunçusu Kriştianu Ronaldu haqqında çəkilən sənədli filmin İspaniya kinoteatrlarında nümayişinə başlanılıb.
Filmin müəllifi məşhur Ceyms Gey-Risdir. O, bundan əvvəl əfsanəvi Formula-1 pilotu Ayrton Senna və müğənni Emma Uaynhaus haqqında çəkdiyi filmlərlə yadda qalıb.
“Ronaldu” filmində futbolçu ilə yanaşı, anası Dolosres, oğlu, şəxsi agenti Xorxe Mendes və hətta Lionel Messi də çəkilib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniya_kinoteatrlarinda_Ronaldu_filminin_numayisine_baslanilib-901212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR