Azərbaycanlı aparıcının dekan qardaşı saxlanıldı

Azərbaycanlı aparıcının dekan qardaşı saxlanıldı
23:36 11 Noyabr 2015
83 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın Birinci kanalının az’rbaycanl; aparıcısı İradə Zeynalovanın qardaşı İsabala Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Axşam.az modern.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin dekanı olan İsabala Zeynalov tələbələrdən rüşvət almaqda şübhəli bilinir. İradə Zeynalova saxlanılan dekanla qohum olduğunu inkar etməsə də, onunla çoxdandır əlaqə saxlamadığını bildirib.

61 yaşlı İsabala Zeynalova qarşı cinayət işi qaldırılıb, onunla yanaşı, həmin ali məktəbin təlim-metodik işləri üzrə mütəxəssisi Lyubov Mukanova da saxlanılıb. Onların hər ikisi rüşvət almaqda və rüşvətə vasitəçilik etməkdə təqsirkar bilinirlər.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR