Məhkumu arvadının yanında ölümcül döydülər (VİDEO)

Məhkumu arvadının yanında ölümcül döydülər (VİDEO)
16:11 29 Dekabr 2014
100 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Filodelfiya əyalətində Kurran Fromhold həbsxanasında əsil vəhşilik yaşanıb. ANS PRESS-in məlumatına görə, həbsxanada nəzarətçi məhkumu arvadının yanında vəhşicəsinə döyüb.

Hadisə həbsxananın məhkumlarla görüş üçün nəzərdə tutulan otaqda baş verib. Con Stekley adlı məhkum arvadı ilə görüş otağında olarkən həbsxananın nəzarətçisi Turon Qlover otağa daxil olub.

Nəzarətçi görüş müddətinin başa çatdığını bildirib. Lakin məhkum buna etiraz edib. Lakin nəzarətçi zor gücü ilə məhkumu görüş otağından çıxarıb. Sonra nəzarətçi mübahisə etdiyi məhkuma yumruqla vurub. Məhkum da öz növbəsində ona yumruqla cavab verib.

Köməyə digər nəzarətçilər gəliblər. Onlar məhkumu bir anın içində ölümcül döyüblər.

Sonradan nəzarətçi məhkumu zor tətbiq etdiyi üçün məhkəməyə verib. Araşdırmalar zamanı məlum olub ki, əslində nəzarətçi ilk öncə davaya səbəb olacaq addım atıb. Bunu əraziyə quraşdırılan müşahidə kamerasına baxış zamanı biliblər. Videodan da göründüyü kimi nəzarətçi məhkumu səbəbsiz yerə yumruqlayıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. ANS PRESS görüntüləri təqdim edir:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR