Azərbaycanda çoxmənzilli bina uçdu, 16 ailə təxliyyə olundu - FOTO

Azərbaycanda çoxmənzilli bina uçdu, 16 ailə təxliyyə olundu - FOTO
23:57 11 Noyabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə duşub.

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, rayonun Göytəpə qəsəbəsi, Şahil küçəsində yerləşən çoxmənzilli binanın bünövrəsi çökdüyündən tikilinin dayaqları və yaşayış binasının bir hissəsi çöküb.

FHN əməkdaşların köməyi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər Cəlilabad Peşə liseyinin həyətində quraşdırlımış müvvəqqəti çadrlara yerləşdirilib. Yaxın günlərdə isə ailələr Peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.

Qeyd edək ki, 20-ci əsrin əvvələrində inşa olunmuş yaşayış binasında uzun müddətdir ki, əsaslı təmir işləri aparılmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR