Bakıda daş hasarlar uçdu, qorxulu anlar yaşandı (VİDEO)

Bakıda daş hasarlar uçdu, qorxulu anlar yaşandı (VİDEO)
00:31 12 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Fəaliyyətsiz qalmış zavod yaxınlıqda yaşayan insanlara problemlər yaradıb.

ANS TV-nin məlumatına görə, Yasamal rayonu, I Alatava, Müzəffər Həsənov küçəsində yerləşən fəaliyyətsiz qalan zavodun daş hasarları uçub. Bu hadisə də ətrafda yaşayan sakinlərə narahatlı anlar yaşadıb.

Hasarın uçması nəticəsində qaz borusu və rabitə xətləri zədələnib. Sakinlər deyir ki, neçə ildir burda yerləşən hasarın qəzalı vəziyyətdə olması barədə aidiyyatı qurumlara xəbər verilib.

Xoşbəxtlikdən hadisə baş verən zaman xəsarət alan olmayıb. Amma yaşayış evlərininə gedən yol bağlanıb.

“Evə girər-qirməz hasar aşdı. Elə bildim ki, zəlzələ oldu. Nəticədə elektrik, telefon və qaz xəttləri sıradan çıxdı. Baş verən hadisə ilə bağlı aidiyyati qurumlara xəbər versək də, maraqlanan olmayıb”, – deyə sakin Fəridə Rüstəmova bildirib.

Müsahibilərimin sözlərinə görə, hasarın digər hissəsi də uçma təhlükəsi ilə üz-üzədir. Yalnız qaz borusu hasarın həmin hissəsini saxlayıb. Baş verən hadisəyə görə heç bir qurum tədbir görməyib.

Yalnız “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları əraziyə gəlib və boruları müvvəqqəti olaraq təmir edir.

Baş vermiş hadisə ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, tezliklə əraziyə baxış keçiriləcək və yaranmış problem aradan qaldırılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR