Argentina və Braziliya milliləri dünya çempionatının seçmə mərhələsində qarşılaşacaq

Argentina və Braziliya milliləri dünya çempionatının seçmə mərhələsində qarşılaşacaq
01:58 12 Noyabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar keçiriləcək. Bu mərhələnin maraqlı gözlənilən qarşılaşması Argentina-Braziliya matçıdır.
AZƏRTAC xəbər verir ki, həmin gün son dünya çempionatının gümüş medalçısı Argentina komandası öz meydanında beş qat dünya çempionu Braziliya millisini qəbul edəcək.
Buenos Airesdə keçiriləcək görüş meydan sahibləri üçün asan olmayacaq. Argentina komandası bu oyunda zədə səbəbindən əsas heyət üzvləri Lionel Messi, Karlos Teves və Serxio Aqueronun köməyindən istifadə edə bilməyəcək. Əvəzində Qonzalo İquain, Anxel Di Mariya və Nikolas Qaytan komandanın hücum xəttinin əsas simaları olacaq.
İki oyundan sonra 1 xal toplayan və yeddinci yerdə qərarlaşan Argentina millisi seçmə mərhələdəki iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.
Rəqibindən fərqli olaraq Braziliya millisi isə bu görüşə daha optimal heyətlə hazırlaşır. Baş məşqçi Karlos Dunqanın futbolçuları iki oyuna 3 xal toplayaraq turnir cədvəlində beşinci sırada qərarlaşıblar. İspaniya La liqasının 11 qolla ən məhsuldar oyunçusu olan Neymar milli komandanın heyətində də əsas qol ümidlərindən sayılır. K.Dunqa bu görüşdə təcrübəli futbolçu Kakanın da xidmətindən istifadə edəcək.
Qeyd edək ki, dünya çempionatının Cənubi Amerika zonası üzrə qrup mərhələsinə 6 xalla Uruqvay millisi başcılıq edir. Eyni xalı olan Ekvador və Çili yığmaları isə ikinci və üçüncü yerləri bölüşürlər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Argentina_ve_Braziliya_millileri_dunya_chempionatinin_sechme_merhelesinde_qarsilasacaq-901220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR