"Əlibaba" rekord qırdı

"Əlibaba" rekord qırdı
03:31 12 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

On-line ticarət nəhəngi olan “Əlibaba” Çinin Subaylar Günü bayramında öz əvvəlki satış rekordlarını qırıb. ANS PRESS-in məlumatına görə, 24-saat ərzində saytda alış-veriş həcmi 57.1 milyard yuan, yəni 8.9 milyard dolları ötüb. “Əlibaba” rəsmilərinin məlumatına görə, gecə satışı başlayar-başlamaz, ilk səkkiz dəqiqə ərzində kredit və debit kartlarla elektron sifariş həcmləri 1 milyard dollardan çox olub.



Çində Subaylar günü hər il noyabrın 11-də keçirilir və onlay satış saytları üçün yüksək qazanc mənbəyi sayılır. Subaylar günündə Çinin pərakəndə satış saytlarında orta hesabla hər dəqiqədə 120 mindən çox tranzaksiya gerçəkləşir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR