Təqaüdlərin məbləği açıqlandı (VİDEO)

Təqaüdlərin məbləği açıqlandı (VİDEO)
04:11 12 Noyabr 2015
994 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin tələbələrin təqüdlərinin artırılmasına dair sərəncamında bir sıra yeniniklər nəzərdə tutulub. Bunan sonra tələbələrin yalnız təqaüdlərində artım olmayacaq, həm də yaxşı oxuyan, amma ödənişli əsaslarla təhsil alan tələbə də təqaüdlərdən yaralana biləcək.

Yəni təqaüd verilməsi üçün tələbənin pullu və pulsuzda oxuması deyil hər semestrdə göstərdiyi akademik nəticələr nəzərə alınacaq. Yeni qərara tələbələrin münasibəti müxtəlif oldu.

Tələbə Gülbadə Abbasov deyir ki, məlum qərardan sonra tələbələr daha çox dərslə məşğul olacaqlar, hər bir tələbə çalışacaq ki, yaxşı oxusun, balı yüksək olsun, yüksək də təqaüd alsın.

Təhsil Nazirliyinində deyirlər ki, ali məktəblərdə aparılan müşahidələr nəticəsində məlum olub ki, hətta ödənişli əsaslarla qəbul olan tələbə də semestr nəticəsində yüksək nəticə göstərir. Ona görə də qəbul olunan qərar tələbələr arasında rəqabət yaradacaq və haqqı çatan təqaüdü alacaq.

Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, təhsildə sağlam rəqabət mühiti formalaşması, təhsilin keyfiyyətini yüksəldilməsi, eləcə də yüksək kadr hazırlığının təmin olunması üçün bu bir vasitədir.

Bakalavar pilləsində təhsil alan tələbələrin akademik göstəriciləri 51-dən yuxarı olanlar 50, 71-dən yuxarı olanlar 80, 91-dən yuxarı olanlar 95 manat.

Magistratura pilləsi üzrə akademik nəticələri 51-dən yuxarı olanlar 55, 71-dən yuxarılar 85, 91-dən çox nəticəsi olanlarlar isə 105 manat.

Orta ixtisas təhsili müəssisələrində isə 51-dən çox 35, 71-dən yuxarı 40, 91-dən artıq bal toplayanlar isə 50 manat miqdarında təqaüd alacaqlar.

Tələbələrin təqaüdlərinin artırılmasına dair sərəncam bir neçə aydan, fevraldan sonra qüvvəyə minəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR