Dünyanın aparıcı şirkətləri birləşdi

Dünyanın aparıcı şirkətləri birləşdi
04:36 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın aparıcı pivə istehsalçıları olan transmilli “Anheuser-Busch InBev” korporasiyası və onun əsas rəqibi “SABMiller”in birləşməsi dünya biznesinin əsas xəbərlərindən biri olub. ANS PRESS-in məlumatına görə, birincinin ikinciyə yiyələnməsi 106 milyard dollara başa gəlib. “Budwesier” brendi ilə dünyada məşhur olan “Anheuser-Busch” “SABMiller”in hər bir səhmi üçün təxminən 66 dollar ödəməyi öhdəsinə götürüb. Bununla transmilli korporasiya dünya pivə bazarının üçdə bir hissəsinə nəzarət etmiş olacaq.

Ancaq anti-inhisar orqanlarının bu birləşməni təsdiqləməsi üçün, partnyorlar müəyyən “qurbanlar” verməli olacaq. “SABMiller” müqavilənin uğurlu şəkildə gerçəkləşməsindən sonra Amerikanın Miller Kurz şirkətindəki 12 milyard dollarlıq səhm payını satmağa razılaşıb. Adı çəkilən alyans hazırda ABŞ pivə bazarının 27 faizini idarə edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR