İspaniya kinoteatrlarında “Ronaldu” filminin nümayişinə başlanılıb

İspaniya kinoteatrlarında “Ronaldu” filminin nümayişinə başlanılıb
04:37 12 Noyabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Müasir dövrün ən istedadlı futbolçularından sayılan, Portuqaliya millisi və “Real” Madrid klubunun oyunçusu Kriştianu Ronaldu haqqında çəkilən sənədli filmin İspaniya kinoteatrlarında nümayişinə başlanılıb.
Filmin müəllifi məşhur Ceyms Gey-Risdir. O, bundan əvvəl əfsanəvi Formula-1 pilotu Ayrton Senna və müğənni Emma Uaynhaus haqqında çəkdiyi filmlərlə yadda qalıb.
“Ronaldu” filmində futbolçu ilə yanaşı, anası Dolosres, oğlu, şəxsi agenti Xorxe Mendes və hətta Lionel Messi də çəkilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR