Diqqət! Uşağınızı bu xəstəlikdən qoruyun (VİDEO)

Diqqət! Uşağınızı bu xəstəlikdən qoruyun (VİDEO)
07:36 12 Noyabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Uşaqlar arasında tənəffüs üzvləri xəstəliklərinin sayı artıb, həkimlər həyəcan təbili çalır.

ANS TV-nin məlumatına görə, Azərbaycanda uşaqlar arasında tənəffüs üzvlərinin xəstəlikləri daha çox yayılıb.

Bu barədə məlumat verən baş pediatr Nəsib Quliyev bildirdi ki, əvvəl ikinci yerdə mədə bağırsaq sistemi xəmtəlikləri idisə, indi o yerə yeni doğum dövründə rast gələn xəstəliklər çıxıb:

“Son bir neçə il ərzində Azərbaycanın müxtəlif bölgələrində perinatal mərkəzlər yaradılıb. Eyni zamanda ana və uşaqların müalicəsilə bağlı 2006-cı ildə Dövlət Proqramı qəbu edilib və proqram 2020-ci illərə qədər əhatə edir. Burda bizim əsas məqsədimiz isə odur ki, Azərbaycanda uşaqlar arasında xəstələnmə və ölüm səviyyəsini maksimum dərəcədə azaldaraq dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdıraq”.

Tənəffüs üzvlərinin xəstəlikləri dünyada da elə bizdə də birinci yerdədir. Bu, viruslar və bakteriyalar tərəfindən törədilən xəstəliklərdir. Başqa sözlə, hava, damcı infeksiyaları da deyilir.

Baş pediatr bu xəstəliklə mübarizə aparmaq üçün lazımi tədbirlərin görüldüyünü bildirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR